Torpaq kadastrının aparılması qaydalarında dəyişiklik

saytların hazırlanması

Evə çatdırılma

Torpaq kadastrının aparılması qaydalarında dəyişiklik

Maraqlı

13 Noyabr 2023 19:53 828


Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı işləri ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.

Yenisabah.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə "Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Bundan əlavə, “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”na da dəyişiklik edilib. Marqarita pizza

Qərara əsasən, dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!