İngiltərə Premiyer Liqasının 32-ci turunda “Tottenhem” səfərdə “Volverhempton”un qonağı olub. 6 qolun vurulduğu oyunda londonlular evə əliboş dönüb.
Yenisabah.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4-2 hesablı qələbəsi ilə yekunlaşıb. “Canavarlar” xallarının sayını 35-ə yüksəldib və Vitor Pereranın rəhbərliyi altında çıxdığı son 9 oyunda 6-cı qələbəsini əldə edib.
Bu nəticə ilə “Tottenhem” mövsüm ərzində 17-ci məğlubiyyətini yaşayıb. London təmsilçisi finişə 6 tur qala Çempionşipə düşmə təhlükəsi ilə üz-üzədir. Dominos pizza
Telegram kanalımız