Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Marqarita pizza
Araşdırma zamanı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə özünün meyitinin tapılması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Telegram kanalımız