Tovuzda bir ailənin üç uşağı dilənçiliyə məcbur edilirmiş   - ŞOK FAKTLAR

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda bir ailənin üç uşağı dilənçiliyə məcbur edilirmiş - ŞOK FAKTLAR

Sosial

09 Aprel 2026 18:24 498


Tovuz rayonunda valideynləri tərəfindən atıldığı söylənilən azyaşlılar dilənçiliyə məcbur edilirmiş.

"Yeni Sabah" xəbər verir ki, uşaqlar Tovuz şəhəri, Məhəmməd Zeynallı küçəsində yerləşən yataqxanada yaşayırlar.

Qonşular ailə başçılarının bir-biri ilə dalaşması barədə rayon icra hakimiyyətinə məlumat veriblər. İcra hakimiyyəti əməkdaşları mənzilə baxış keçirərkən məlum olub ki, ailə başçısı Səbuhi Ələsgərov içki aludəçisidir, heç bir yerdə işləmir. pizza sifarişi

Uşaqların anası Təranə Ələsgərova isə həm psixi xəstə, həm də fiziki məhdudiyyətlidir. Qadın və kişi evdə tez-tez mübahisələr edir, uşaqlara işgəncə verirmişlər.

Rayon icra hakimiyyətinin əməkdaşları ana və üç övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər, hazırda uşaqlar və ana müayinə edilirlər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!