Tovuzda bir ay əvvəl itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda bir ay əvvəl itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü

Hadisə

08 Oktyabr 2025 01:25 402


Tovuz sakini Bakıda xəstəxana ölüb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə rayon sakini olan 10 yaşlı O. Mustafayevi təxminən 1 ay əvvəl it dişləyib.

Bir müddət keçəndən sonra məktəblinin halı pisləşib. Məktəbli əvvəlcə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanaların birinə aparılıb. pizza sifarişi

Ona xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq məktəbli bu gün müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, dünyasını dəyişən oğlanın 5-ci sinif şagirdi olduğu bildirilir.

Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!