Tovuz rayonu Qovlar şəhər ərazisində xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, "Niva" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər, 1998-ci il təvəllüdlü Zülfiyyə Hüseynova və 1990-cı il təvəllüdlü Nüşabə Məsimova xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qeyd edək ki, hadisəyə avtomobillərdən birinin işıqforun qaydalarına riayət etməyərək qırmızı işıqdan keçəsi səbəb olub. Marqarita pizza
Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma aparılır. /Report
Telegram kanalımız