Tovuzda spirtli içki qəbul edən çoban öldü

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda spirtli içki qəbul edən çoban öldü

Hadisə

06 Mart 2025 00:58 990


Tovuzda Kür çayının kənarında 41 yaşlı çobanın meyiti tapılıb.

Rayonun Qaraxanlı kənd sakini olan Ramin Kərəmov Ceyrançöl ərazisində digər çobanlarla görüşüb.

"Bizə gəlmişdi. Həmin vaxt yemək yeyirdik. Çağırdım, gəldi, yemək yedi. Bir az söhbət etdik, sonra çıxıb getdi. Bir-iki dəqiqədən sonra gördüm ki, atdan yıxılıb. 4-5 stəkan araq içmişdi. Maşınla evlərinə apardıq. Təcili tibbi yardım çağırdıq, dedilər ki, dünyasını dəyişib", - deyə çobanın dostu Sübhan Abbasəliyev bildirib. Dominos pizza

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ramin Kərəmov ailəli olub, 3 övladı var.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!