Son sutka ərzində Tovuzun ermənilərlə sərhəd bölgəsində yerləşən kəndləri istiqamətində tam sakitlikdir.
Yenisabah.az bildirir ki, Yuxarı Öysüzlü, Ağdam, Vahidli və Dondar Quşçu kəndləri istiqamətində son 24 saat ərzində düşmən təxribatı müşahidə edilməyib.
Kəndlərdə vəziyyət normal günlərdə olduğu kimi davam edir. Adlarını qeyd etdiyimiz kəndlərdə hər kəs öz evindədir. pizza mizza
Bütün kəndlərdə polis əməkdaşları 24 saat xidmət aparır, girişlərdə postlar qurulub. Kənar şəxslərin kəndlərə girişinə icazə verilmir. Yalnız xüsusi icazəsi olan şəxslər buraxılırlar.
İyulun 20-də şəhidlərimizin yeddi mərasimi təşkil olunacaq. Tovuzun Ağdam və Cəlilli kəndlərində olan şəhidlərin dəfnində dövlət rəsmiləri də iştirak edəcək. /Musavat.com
Telegram kanalımız