Toy karvanı qəzaya düşdü: bir neçə nəfər xəsarət alıb

saytların hazırlanması

Evə çatdırılma

Toy karvanı qəzaya düşdü: bir neçə nəfər xəsarət alıb

Kriminal

05 Avqust 2019 13:13 1097


Mingəçevir şəhərində toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, toy karvanında olan "KİA" markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq yoluna davam edib və hərəkətdə olan "BMW" markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.  pizza hut

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!