Toydan qayıdanlar qəzaya düşdü: həlak olanlar var

saytların hazırlanması

Evə çatdırılma

Toydan qayıdanlar qəzaya düşdü: həlak olanlar var

Kriminal

03 Noyabr 2019 05:26 1316


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

“Yeni Sabah” Oxu.Az-a istinadən bildirir ki, Bakıdan Şamaxı istiqamətində hərəkətdə olana "Vita" sərnişin avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dairəvi hərəkət zolağından maneələrə dəyərək aşıb.

İki nəfər hadisə yerində dünyasını dəyişib. Beş nəfər isə müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. pizza hut

İlkin məlumatlara görə, avtomobildəkilərin hamısı Balakən rayon sakinləri olub. Onlar Bakıdan toydan qayıdırmışlar.

Qəza zamanı Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Uleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, onun həmkəndlisi 1963-cü il təvəllüdlü Əsdiyev Hacıyev Şəhmir oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif bədən xəsarətləri alıblar. 

Avtomobilin sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papaxov Paşa Şəhmir oğlu hadisə yerində dünyasını dəyişiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!