Toylarla bağlı YENİ QAYDA - Artıq şadlıq saraylarında... - Video

saytların hazırlanması

Evə çatdırılma

Toylarla bağlı YENİ QAYDA - Artıq şadlıq saraylarında... - Video

Sosial

28 Fevral 2024 00:59 11183


Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşısı alınıb.

Xezerxeber.az-ın məlumatına görə, həmin restoranın administratoru şifahi olaraq bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən onunla əlaqə saxlanılıb, toyun keçirilməməsi barədə xəbərdarlıq olunub.

Həmin toy qeyri-müəyyən müddətə təxirə salınıb. pizza sifarişi

Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məkanın sahibi qızın azyaşlı olduğu haqqında məlumatı olmadığını bildirib. Bu səbəbdən də Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına, toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrini təqdim etmələri ilə bağlı göstəriş verilib.

Maraqlıdır, toy edən valideyn uşaqlarının şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərsə, hansısa məsuliyyət tədbiri olacaqmı?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, toy məkanının sahibi əgər bəylə gəlindən şəxsiyyət vəsiqəsi tələb etməyibsə, şadlıq evlərini heç bir məsuliyyət gözləmir.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!