“Trabzonspor”dan Mahir Emreli ilə bağlı açıqlama:   “Məsələ nəzarət altındadır”

saytların hazırlanması

Evə çatdırılma

“Trabzonspor”dan Mahir Emreli ilə bağlı açıqlama: “Məsələ nəzarət altındadır”

İdman

16 Sentyabr 2019 15:51 1848


Son günlər Türkiyə mətbuatında Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Mahir Emrelinin “Trabzonspor”a keçəcəyi ilə bağlı xəbərlər yazılıb.

Məsələ ilə bağlı “Trabzonspor”un İctimaiyyətlə Əlaqələr Departamentinə sorğu göndərdik. Klubdan göndərilən cavabda Mahir Emreli ilə maraqlandıqlarını inkar etməsələr də, bu barədə yeniliyin olub-olmaması barədə rəsmi açıqlama vermədilər. Lakin transferin klubun nəzarəti altında olduğunu dedilər:

“Bu məsələ ilə bağlı hər hansı məlumat verə bilmərik. Transfer məsələsi skautlarımızın və məşqçilər korpusunun nəzarəti altındadır. Futbolçu transferi ilə bağlı rəsmi açıqlama verə bilmərik”.  Pepperoni pizza

Qeyd edək ki, Azərbaycan millisinin Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdiyi AVRO-2020-nin seçmə oyununu Türkiyənin “Trabzonspor” klubunun skautları da izləmişdilər. Türkiyə mətbuatı isə Qara dəniz təmsilçisinin nümayəndlərinin Mahir Emrelinin oyununu izləmək üçün gəldiyini yazmışdı.

Naibə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!