Tramp: ABŞ-ın siyasəti dolları “öldürür”

saytların hazırlanması

Evə çatdırılma

Tramp: ABŞ-ın siyasəti dolları “öldürür”

Dünya

06 Sentyabr 2024 09:18 346


ABŞ hakimiyyəti dolları dünya valyutası kimi öz əlləri ilə öldürür, digər dövlətlərə, o cümlədən Rusiyaya qarşı sanksiyalar tətbiq edir. 

Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti, prezidentliyə hazırki namizəd Donald Tramp deyib. 

"Mən sanksiyalar tətbiq etdim, amma onları çox tez qaldırdım, çünki sonda dolları və onun təmsil etdiyi hər şeyi öldürürlər. Dünya valyutası kimi dolları itirsək, bu, müharibədə məğlubiyyətə bərabər olacaq",- o bildirib.  Dördpendirli pizza

Trampın sözlərinə görə, hazırkı Amerika administrasiyası məhdudlaşdırıcı tədbirlərdən sui-istifadə edir: 

"Digər dövlətlər, o cümlədən Rusiya öz işini görür və lovğalanır ki, artıq bizə ehtiyac yoxdur". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!