Tramp Baş Qərargah rəisini “axmaq” adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp Baş Qərargah rəisini “axmaq” adlandırdı

Dünya

06 Dekabr 2021 08:29 650


ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Baş Qərargahı rəisi Mark Millini “lənətə gəlmiş axmaq” adlandırıb.

O, generalı qoşunların Əfqanıstandan çıxarılmasına görə kobud şəkildə qınayıb.

“50 milyon dollarlıq bir təyyarəniz var idi. 29 milyon dollarlıq möhtəşəm helikopteriniz. Hər növ helikopterləriniz var idi. Onların bir çoxu yeni idi. Sözün əsl mənasında, qutudan indi çıxmışdı. Sizcə, onu orada qoymaq daha sərfəlidir, yoxsa yarım çən benzinlə doldurub Pakistana aparmaq və ya ölkəmizə uçmaq?”, – deyə Tramp bildirib. Dominos pizza

Eks-prezident bəyan edib ki, indi Rusiya və Çin ABŞ-ın Əfqanıstanda tərk etdiyi helikopterləri söküb onları öyrənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!