“Tramp deyir, İran atom bombası...” – Əfşar Süleymanidən   ŞƏRH

saytların hazırlanması

Evə çatdırılma

“Tramp deyir, İran atom bombası...” – Əfşar Süleymanidən ŞƏRH

Siyasət

09 Fevral 2026 17:09 679


“Donald Tramp və İranın xarici işlər naziri Abbas Əraqçinin açıqlamalarını nəzərə alsaq, İran uranı zənginləşdirməni bir neçə il təxirə salmaq, zənginləşdirmə konsorsiumu yaratmaq və 60% zənginləşdirməni dayandırmaq və s öhdəliyi götürür. Bunun müqabilində ABŞ İrana hücum etməmək və sanksiyaları ləğv etmək barədə məqbul zəmanət verməyə  hazır görünür. Hər iki tərəfin öhdəlikləri mərhələli şəkildə həyata keçiriləcək”.

Bunu “Yeni Sabah”a İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani deyib.

Tramp-Əraqçi mövqelərini təhlil edən diplomat qeyd edib ki, danışıqlarda İranın bölgədəki proksiləri məsələsinə toxunulmayıb: Marqarita pizza

“Hər ikisi uzunmənzilli ballistik raketlər məsələsini danışıqlardan kənarda qoymaqdan danışır. Əraqçi raketlərin danışıqlar mövzusu olmadığını deyir. Tramp isə bildirir ki, əgər İrandan nüvə silahı istehsal etməyəcəyinə dair zəmanət alsa,  raketlər haqqında danışmaqdan imtina edəcək. Lakin İsrail zənginləşdirmə obyektləri, ballistik raketlərin məhv edilməsi və İranın bölgədəki vasitəçilərinə dəstəyin olmamasında israrlıdır”.

Ə. Süleymaninin sözlərinə görə, Əraqçi Uitkofla növbəti görüşdən xəbərsiz olduğunu iddia etsə də, Tramp bu görüşün gələn həftə baş tutacağını bildirir:

“Hər ikisi nəticəyə çatmağın uzun yolu barədə fərqli yanaşmayla oxşar fikirdədirlər. Tramp tələsmədiyini deyir və Əraqçi də yolun uzun olduğunu qeyd edir.

Ə. Süleymani bildirir ki, bundan sonra, İran ehtimal ki, ballistik raketlərini qorumaq və proksilərini dəstəkləmək üçün İsraillə münaqişədən imtina etməyə və Yaxın Şərq sülh prosesində iştirak etməyə doğru irəliləməlidir:

“Ola bilsin ki, eyni vaxtda raket və proksi məsələsi ilə bağlı uranı zənginləşdirmək hüququnun necə saxlanılacağı ilə bağlı danışıqlara paralel olaraq, gərginliyin azaldılması üçün yol açmaq məqsədilə fikir mübadiləsi də aparılacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!