Donald Tramp həkimlərin tövsiyələrinə baxmayaraq, yüksək dozada aspirindən imtina etmək niyyətində olmadığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, ABŞ Prezidenti qeyd edib:
"30 ildir aspirin qəbul edirəm və heç nəyi dəyişdirmək istəmirəm. Həkimlər deyir: "Az qəbul et". Mən isə onlara deyirəm: "Qanım ürəyimdən keçəndə yaxşı və duru olsun". pizza
"The Wall Street Journal" qəzeti əvvəllər 79 yaşlı Trampın qollarındakı göyərmələri örtmək üçün makiyajdan istifadə edərək qocalmanın fiziki əlamətlərini və mümkün xəstəlikləri gizlətməyə çalışdığını bildirmişdi.
ABŞ Prezidentinin özü də deyib ki, 25 ildir həkimlərinin qanını durulaşdırmaq üçün tövsiyə etdiyindən daha çox aspirin qəbul edir və vaxtaşırı "yaxşı genetikaya" güvənərək təbiblərin məsləhətlərinə məhəl qoymur.
Telegram kanalımız