Tramp həm Kiyevə, həm də Moskvaya təzyiq göstərəcək

saytların hazırlanması

Evə çatdırılma

Tramp həm Kiyevə, həm də Moskvaya təzyiq göstərəcək

Dünya

15 Fevral 2024 17:25 750


Donald Tramp noyabrda keçiriləcək seçkidə qalib gələrsə, həm Ukrayna, həm də Rusiyanı atəşkəslə bağlı danışıqlara başlamağa məcbur etmə üçün onlara təzyiq göstərmək niyyətindədir.

Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, bu barədə Trampa yaxın mənbələr danışıb.

Keçmiş prezident, seçiləcəyi təqdirdə, Ukraynadakı müharibəni qısa  bitirəcəyini dəfələrlə deyib. pizza hut

Trampın müşavirləri sülh danışıqlarının şərtləri, o cümlədən Ukrayna üçün əsas şərt - Rusiya qoşunlarının beynəlxalq səviyyədə tanınmış ərazisindən çıxarılması barədə heç nə demirlər.

Xatırladaq ki, Vladimir Putin “Rossiya-1” telekanalının müxbiri Pavel Zarubinə müsahibəsində deyib: "Şəxsən mənim üçün hazırkı prezident Co Bayden daha faydalı lider olacaq".

O, Baydeni “daha ​​proqnozlaşdırıla bilən” siyasətçi adlandırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!