Tramp hərbi büdcəni təsdiqlədi - 738 milyard nəyə xərclənəcək?

saytların hazırlanması

Evə çatdırılma

Tramp hərbi büdcəni təsdiqlədi - 738 milyard nəyə xərclənəcək?

Dünya

21 Dekabr 2019 07:05 953


ABŞ prezidenti Donald Tramp 2020-ci maliyyə ili üçün 738 milyard dollar həcmində müdafiə büdcəsini imzalayıb.

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, bu 2019-cu maliyyə ili ilə müqayisədə 716 milyard dollar və ya  3,1% çoxdur. 

Pentaqonun əsas ehtiyacları üçün 635 milyard dollar, Əfqanıstan, Suriya və Yəməndə hərbi əməliyyatların davam etdirilməsi və digər ölkələrdə terrorçulara qarşı mübarizə üçün isə 71,5 milyard dollar ayrılıb.  Dördpendirli pizza

31,5 milyard dollar məbləğində vəsait ABŞ-ın Energetika Nazirliyi vasitəsilə nüvə silahlarının döyüş hazırlığının qorunmasına və onların modernləşdirilməsinə, eləcə də digər müdafiə ehtiyaclarına sərf olunacaq. "Şimal axını-2" qaz kəmərinə qarşı sanksiyalar və Ukraynaya hərbi yardım daxil edilib.

İlk dəfə ABŞ qoşunlarının müstəqil bir növü olaraq Kosmik Qüvvələrin yaradılması da büdcədə öz əksini tapıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!