Tramp İrana dair vacib bəyanat verəcək

saytların hazırlanması

Evə çatdırılma

Tramp İrana dair vacib bəyanat verəcək

Dünya

01 Aprel 2026 09:20 262


ABŞ Prezidenti Donald Tramp İrandakı vəziyyətlə bağlı millətə müraciət etməyi planlaşdırır.

"Yeni Sabah" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.

"Prezident Tramp İranla bağlı mühüm yeniliklər təqdim etmək üçün millətə müraciət edəcək", - Levitt sosial media platforması X-də yazıb. Toyuqlu pizza

Onun məlumatı Trampın jurnalistlərə Amerika qüvvələrinin İrana qarşı əməliyyatlarını yaxın həftələrdə başa çatdıra biləcəyini deməsindən qısa müddət sonra yayılıb.

Daha əvvəl Tramp ABŞ-ın İranla münaqişədəki məqsədinə çatdığını və iki-üç həftə ərzində buna son qoymağı planlaşdırdığını bildirib.

ABŞ dövlət katibi Marko Rubio Fox News-a verdiyi müsahibədə qeyd edib ki, Amerika ordusu məqsədlərinə çatmağa və İrandakı əməliyyatı uğurla başa çatdırmağa yaxındır, lakin o bunun "bu gün və ya sabah" baş verməyəcəyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!