Tramp İranla atəşkəs rejiminin uzadıldığını   AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Tramp İranla atəşkəs rejiminin uzadıldığını AÇIQLADI

Siyasət

22 Aprel 2026 00:47 738


ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadılması barədə göstəriş verdiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış edən Pakistan hakimiyyəti ABŞ-dən İranla bağlı zərbələri dayandırmağı xahiş edib. Bu, ölkə rəhbərliyi və nümayəndələrinin vahid təklif hazırlamasına qədər qüvvədə olacaq.

"Buna görə də mən silahlı qüvvələrimizə blokadanı davam etdirmək, eyni zamanda hər an hərəkətə hazır vəziyyətdə qalmaq və İranın təklifi təqdim olunana, danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatmaq barədə göstəriş verdim", - deyə Tramp bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!