Tramp İranla bağlı sərt danışdı: “Razılığa gəlməsələr...”

saytların hazırlanması

Evə çatdırılma

Tramp İranla bağlı sərt danışdı: “Razılığa gəlməsələr...”

Siyasət

11 Fevral 2026 00:24 1772


"Vaşinqton və Tehran islam respublikasının nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, ABŞ administrasiyası İrana qarşı sərt tədbirlər görəcək".

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios"a verdiyi müsahibədə bildirib.

"Ya razılaşma əldə edəcəyik, ya da ötən dəfə olduğu kimi sərt tədbirlər görməli olacağıq", - D.Tramp 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələri xatırladıb. pizza sifarişi

Bundan əlavə, ABŞ prezidenti Vaşinqtonun İran istiqamətində ikinci aviadaşıyıcı qrup göndərməyi düşündüyünü vurğulayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!