“Tramp istəməsə belə, Türkiyəyə qarşı sanksiyaların tətbiqinə məcbur idi”

saytların hazırlanması

Evə çatdırılma

“Tramp istəməsə belə, Türkiyəyə qarşı sanksiyaların tətbiqinə məcbur idi”

Dünya

23 Dekabr 2019 12:56 1071


ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların və Türkiyənin "S-400" zenit-raket kompleksləri almasına görə bu ölkəyə sanksiyaları nəzərdə tutan hərbi büdcə qanununu imzalayıb.

Sənəd Ankaraya beşinci nəsil “F-35” qırıcılarının verilməsini də qadağan edir. Həmçinin Türkiyənin Rusiyadan “S-400” zenit-raket sistemlərini alması, həmçinin ABŞ-ın rəqibləri ilə sanksiyalar yolu ilə mübarizəni nəzərdə tutan CATSA (Countering America's Adversaries Through Sanctions Act - Amerikanın Əleyhdarlarına qarşı Sanksiyalar Vasitəsilə Müqavimət) qanunu çərçivəsində embarqo tətbiqini nəzərdə tutur.

Bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki, Ankara da ABŞ-a qarşı sanksiyalar tətbiq edə bilər.  Dominos pizza

ABŞ-Türkiyə münasibətlərini Yenisabah.az-a şərh edən, siyasi analitik Azər Rəşidoğlu bildirib ki, iki ölkə arasında münasibətlər heç vaxt indiki kimi gərgin olmayıb. “Lakin münasibətlərdə gərginliklərə baxmayaraq, belə görünür, iki Prezident öz arasında yaxşı əlaqələr qurub və Ankara bunun münasibətlərin bərpasına imkan verə biləcəyinə inanır”, - deyə Azər Rəşidoğlu əlavə edib.

Onun sözlərinə görə, bununla belə, Ərdoğan anlayır ki, Ankaranın fikir ayrılıqlarını yoluna qoymaq üçün yalnız Trampa  inanması risklidir. “Ərdoğan Trampın ABŞ-dan qırıcı təyyarələrinin alınmasına qoyulmuş embarqonu aradan qaldıracağına ümid edir. Lakin bu məsələlərdə yalnız Trampa güvənmək niyyətində deyil. Əslində Donald Tramp Türkiyə ilə münasibətlərin bu həddə çatmasında maraqlı deyil. Sadəcə o, impiçment proseduruna görə siyasi təzyiq altındadır. Konqresdə anti-Türkiyə əhval ruhiyyəsinə görə Tramp Ankara ilə isti münasibətlər qurmağa ehtiyat edir. Tramp özü istəməsə belə, Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini reallaşdırmağa məcbur idi.

Lakin Türkiyə mətbuatı Trampın Ərdoğana kompromis əldə etmək xahişi ilə müraciət etdiyini yazır. Məlumatlara əsasən, Tramp Ankaranın Rusiya raketlərini aktivləşdirməməsi və gələcəkdə raket almaması müqabilində sanksiyaları aradan qaldıra biləcəyini bildirib. Bu baxımdan ik ölkə arasındakı münasibətlərin qaydasına düşəcəyinə ümid etmək olar”, - deyə siyasi analitik vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!