ABŞ Prezidenti Donald Tramp NATO-nu “kağız pələng” adlandırıb.
"Yeni Sabah" xəbər verir ki, o, bunu “The Telegraph”a açıqlamasında deyib.
“Mən heç vaxt NATO-dan təsirlənməmişəm. Onların “kağız pələng” olduğunu həmişə bilirdim. Yeri gəlmişkən, Putin də bunu bilir”, - Birləşmiş Ştatlar lideri vurğulayıb. Pepperoni pizza
Donald Tramp ABŞ-nin NATO-dan çıxara biləcəyini vurğulayıb.
O, NATO müttəfiqlərinin Hörmüz boğazının açılmasına yardım göstərməmələrinə inanmağın çətin olduğunu deyib.
“Buna inanmaq çətindir. Mən çox təkid etmədim. Düşünürəm ki, bu avtomatik olaraq baş verməlidir. Biz Ukrayna da daxil olmaqla, bir çox məsələlərdə NATO-nun yanında idik. Ukrayna bizim problemimiz deyildi, amma həmişə NATO-ya dəstək göstərmişik. Onlar isə bizə kömək etmədilər”.
Telegram kanalımız