Trampa qarşı sensasion ittihamlar

saytların hazırlanması

Evə çatdırılma

Trampa qarşı sensasion ittihamlar

Dünya

17 İyul 2019 05:29 941


ABŞ prezidenti Donald Trampın 4 konqresmen qadına "bəyənmirsinizsə, vətəninizə qayıdın" deməsi demokratların ciddi tənqidi ilə qarşılanıb. Bəziləri bunu irqi-ayrıseçkilik kimi qiymətləndirib.

“Amerikanın səsi” xəbər verir ki, prezident bunu Somalidə anadan olan qanunverici, müsəlman İlhan Ömərə tviter hücumu ilə bağlı sualın cavabında deyib.

"Ölkəmiz haqda deyilənlər, anti-simit danışıqları, İsrailə nifrət, Əl-Qaidə kimi düşmənlərimizə sevgi görəndə, özünüz nə olduğunu yaxşı bilirsiiniz. Mən bunun demokratlar üçün yaxşı olacağını düşünmürəm" - deyə , Tramp əlavə edib. pizza hut

Tramp Ömərdən başqa Aleksandria Kortez, Rəşidə Tlaib və Ayanna Presli kimi rəngləri ağ olmayan qadınları hədəf alıb. Onlar isə prezidenti irqlikdə ittiham ediblər.

“Yeni Sabah” xəbər verir ki, İlhan Ömər cavab olaraq qeyd edib ki, Tramp ölkəmizdə irq, din, gender oriyentasiyası və mühacirətə əsalanaraq parçalanma yaradır: “Bu, onun bildiyi yeganə yoldur. O bunu da yaxşı bilir ki, biz bütün fərqlərimizlə həmrəyliyi qoruyub saxlayırıq".

Tramp administrasiyası qanunsuz mühacirlərin həbsinin davam etdirəcəyini də bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!