Trampdan   SƏRT XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Trampdan SƏRT XƏBƏRDARLIQ

Siyasət

21 Aprel 2026 23:01 791


ABŞ Prezidenti Donald Tramp Avropanın "özünü nizamlamasa", yox ola biləcəyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri o, aprelin 21-də səsləndirib.

"Avropa özünü qaydaya salmalıdır. Energetika və miqrasiya baxımından nizam yaratmalıdırlar, əks halda Avropa artıq olmayacaq", - deyə Tramp bildirib.

O xatırladıb ki, dəfələrlə Avropanı "kağız pələng" adlandırıb.

Donald Tramp, həmçinin NATO-nun ABŞ-yə ciddi ehtiyacı olduğunu vurğulayıb və Vaşinqtonun dəstəyi olmadan alyansın "kağız pələng"dən başqa bir şey olmadığını qeyd edib.

ABŞ lideri əlavə edib ki, bu fikirləri siyasətə gəlməzdən əvvəl də səsləndirib və baş verənləri izləməyi maraqlı hesab edir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!