Trampdan emosional əmr –   İrana hücum

saytların hazırlanması

Evə çatdırılma

Trampdan emosional əmr – İrana hücum

Dünya

21 İyun 2019 13:34 1341


“The New York Times”ın xəbərinə görə, dünən İran ABŞ pilotsuz təyyarəsini (180 milyon $ dəyərində) vurduqdan sonra Tramp cavab zərbələri barədə əmr verib.

“Yeni Sabah” xəbər verir ki, gəmilər zərbə mövqeyinə çıxıb və təyyarələr havaya qalxıb, lakin son anda Tramp əmri təxirə salıb. 

Xəbərə görə, Tramp Oman vasitəsilə Xamneiyə xəbər göndərib ki, gəlin danışıqlara başlayaq, əks halda hərbi gücə əl atmalı olacağam. pizza hut

Durumu şərh edən politoloq Şahin Cəfərli deyib ki, İranın təhdid altında masaya oturması ehtimalı çox azdır: “Bu səbəblə, ABŞ-ın İrandakı bəzi hədəflərə zərbələr endirməsi ehtimalını kifayət qədər yüksək saymaq olar. Trampı çəkindirən əsas amil hərbi əməliyyatın iqtisadiyyata mənfi təsiri, neftin qiymətini kəskin yüksəltməsi ehtimalıdır. Ona görə də, qərar veriləcəyi təqdirdə, əməliyyat lokal və qısamüddətli olacaq. İranın HHM sistemi və raket qurğularının hədəf alınacağı gözlənilir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!