“Tualet təmizləyir, döşəmələri silirdik“ - Millinin üzvü

saytların hazırlanması

Evə çatdırılma

“Tualet təmizləyir, döşəmələri silirdik“ - Millinin üzvü

İdman

23 İyul 2022 22:03 1066


"11 yaşında evi tərk etmək çox kədərli idi. Gecələr ağlayırdım. Bəzi oyunçular məşqdən sonra evlərinə gedirdilər. Yataqxanada 25 nəfər yaşayırdıq və çox işləyirdik. Tualetləri təmizləyir, döşəmələri silir, qab-qacaq yuyurduq. Həyatı öyrəndik".

Yenisabah.az "Sky News"a istinadla xəbər verir ki, bunu "Lester"də çıxış edən Çağlar Söyüncü deyib.

Türkiyə millisinin üzvü gündə 5 dəfə namaz qılmağa çalışdığını söyləyib: "Ramazanda ilk günlər bir az çətin keçir, amma Allah köməyimiz olur. Uşaqlığımdan bəri oruc tuturam. Bu, həyatımın bir hissəsidir". Toyuqlu pizza

26 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasında oynadığı üçün qürur duyduğunu bildirib: "Türkiyədə çox sevilirəm. "Altınordu"da yox, "Beşiktaş"da oynayaraq bura gəlsəydim, təkcə beşiktaşlılar məni sevərdi. Ancaq 2-ci liqa komandasından gəldiyim üçün məni hər kəs sevir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!