Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş

saytların hazırlanması

Evə çatdırılma

Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş

Kriminal

28 Noyabr 2022 15:47 1289


Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törədən 2002-ci il təvəllüdlü Ruslan Səfixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, 2006-ci il təvəllüdlü Yevlax rayon sakini Turan Rüstəmovu yarış vaxtı tribunada bıçaqlayaraq öldürən R.Səfixanovun atası, əməkdar məşqçi Elçin Səfixanov DİN-in "Dinamo" İdman Cəmiyyətində çalışır. O, mülki işçi kimi həmin cəmiyyətdə fəaliyyət göstərir.

Hadisədən əvvəl T.Rüstəmov tatamiyə çıxıb və görüşünü qələbə ilə başa çatdırıb. Bundan sonra Ruslan Səfixanovun təmsil etdiyi komandanın idmançıları ilə onun arasında mübahisə baş verib. Dördpendirli pizza

Bir qədər keçdikdən sonra isə belinə bıçaq qoymuş Ruslan Turanın oturduğu yerə yaxınlaşıb və ona zərbələr endirib. Çoxsaylı bıçaq xəsarətləri alan T.Rüstəmov vəfat edib.

O, ötən gün Yevlax rayonunda dəfn edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!