“Turan Tovuz” - ”Neftçi” matçında insident: Qara Qarayevi plastik qabla vurdular - Video

saytların hazırlanması

Evə çatdırılma

“Turan Tovuz” - ”Neftçi” matçında insident: Qara Qarayevi plastik qabla vurdular - Video

İdman

24 Fevral 2024 22:40 1500


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turu çərçivəsində bu gün keçirilmiş “Turan Tovuz” - “Neftçi” matçının yekununda gərgin anlar yaşanıb.

Yenisabah.az Sportinfo.Az-a istinadən xəbər verir ki, oyundan sonra tovuzlu azarkeşlər “Neftçi”nin futbolçularını fitə basıb.

Tribunadakı azarkeşlərdən biri əlindəki plastik su qabını rəqib futbolçulara tərəf atıb. Plastik qab Qara Qarayevin başına dəyib. Toyuqlu pizza

Məlum hadisə qonaqlara xoş gəlmədiyindən bəzi oyunçular nalayiq ifadələrə yol veriblər.

Buna görə iki komandanın nümayəndələri arasında kiçik münaqişə yaranıb.

Baş məşqçilər Miodraq Bojoviçlə Ayxan Abbasov məsələyə aydınlıq gətirmək istəyəndə, baş hakim onların mübahisə etdiyini düşünərək hər ikisinə sarı vərəqə göstərib.

Klub və komanda nümayəndələrinin müdaxiləsindən sonra kiçik insidentin qarşısı alınıb. Azarkeşlər isə polislər tərəfindən stadiondan uzaqlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!