Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" heyətinə daha bir futbolçu cəlb edib.
Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Hüseynovla 1 illik müqavilə bağlanıb.
“Zenit”in yetirməsi olan hücumçu bölgə klubuna azad agent kimi keçib. pizza hut
Ayxan Hüseynov Rusiyada “Ural-2”, “Leninqradets”, “Nijni Novqorod” klublarında da çıxış edib.
Qeyd edək ki, "Turan Tovuz" buna qədər Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov, Veysəl Rzayev, Xəyal Nəcəfov, Turan Vəlizadə, Eltun Turabov, Ehtiram Şahverdiyev, Piruzi Marakvelidze, İmeda Aşortia və Cavid Tağıyei də heyətinə cəlb edib.
Telegram kanalımız