Turistin bu hərəkəti tarixi abidəni dağıtdı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Turistin bu hərəkəti tarixi abidəni dağıtdı - FOTOLAR

Dünya

23 Aprel 2026 19:32 148


İtaliyanın Florensiya şəhərində yerləşən XVI əsrə aid məşhur Neptun fəvvarəsi turistin ehtiyatsız hərəkəti nəticəsində zədələnib. Belə ki, evlilikdən əvvəl zarafat məqsədilə heykələ dırmaşan 28 yaşlı qadın saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə Piazza della Siqnoria meydanında, heykəltəraş Bartolomeo Ammannatinin 1559-cu ildə yaratdığı Neptun fəvvarəsində baş verib. Qadın turist dostları ilə girdiyi mərcə görə abidəyə çıxaraq heykələ toxunmaq istəyib. O, polis əməkdaşları tərəfindən hadisə yerindəcə yaxalanıb.

Florensiya Şəhər Şurasının açıqlamasına görə, turist ifadəsində bunu etiraf edib. Mütəxəssislərin apardığı baxış zamanı heykəlin at fiqurlarının ayaq hissələrində, eləcə də turistin tutunduğu relyeflərdə kiçik, lakin ciddi sayılan zədələr aşkarlanıb.

Məlumata görə, abidəyə dəyən ziyanın bərpa xərci təxminən 5 min avro hesablanıb. Turist barəsində mədəni və memarlıq irsinə zərər vurmaq ittihamı ilə hüquqi prosedura başlanılıb.

Florensiya Şəhər Şurasının rəhbər şəxslərindən biri olan Corco Kazelli bildirib ki, son illər turistlərin abidələrə dırmaşaraq video çəkməsi və sosial şəbəkələr üçün görüntü toplaması halları xeyli artıb. Onun sözlərinə görə, bu cür davranışlar tarixi irsə qarşı məsuliyyətsiz münasibətin göstəricisidir.

Qeyd edək ki, Florensiyada buna oxşar hadisələr əvvəllər də baş verib. 2023-cü ildə bir alman turist selfi çəkmək üçün eyni heykələ çıxaraq ona ciddi zərər vurmuşdu. 2024-cü ildə isə bir gənc Santa Maria del Fiore katedralının günbəzinə dırmaşaraq sosial şəbəkə üçün foto çəkdirmişdi.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!