Qardaş ölkə Türkiyəyə 24 aprel 2026-cı il tarixində səfər etməyi planlaşdıranlar hava şəraitini nəzərə almalıdır. Belə ki, sabah Ardahan və Bayburtda hava xeyli soyuyacaq, yağıntılı şərait gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, Türkiyə mətbuatında Ardahan və Bayburtda qar ehtimalı ilə bağlı xəbərlər yayılıb.
Proqnoza görə, Ardahanda temperatur gün ərzində təxminən 3-6 dərəcə, Bayburtda isə 7-12 dərəcə aralığında dəyişəcək. Bu səbəbdən həmin şəhərlərə yollanacaq şəxslərə isti geyim götürmək, qarlı hava şəraitinə hazır olmaq və yola çıxmazdan əvvəl son proqnozları bir daha yoxlamaq tövsiyə olunur.
Əsmətxanım
Telegram kanalımız