Vəfa Şərifova geri döndü

saytların hazırlanması

Evə çatdırılma

Vəfa Şərifova geri döndü

Şou

23 Aprel 2026 16:35 263


Müğənni Vəfa Şərifovanın “Instagram” hesabı bərpa olunub.

“Yeni Sabah” xəbər verir ki, ifaçı bu barədə paylaşım edərək bildirib:

“Çox şükür, “Instagram”ım artıq aktivdir. İnşallah, bir də şikayət gəlməz və səhifəmizi bağlamaq məcburiyyətində qalmarıq”.

İfaçı həm də Sumqayıtda verəcəyi konsert haqqında paylaşım edərək spamda olduğunu bildirib və izləyicilərindən rəy yazmağı xahiş edib.

Qeyd edək ki, V.Şərifova mayın 28-də Sumqayıt Bələdiyyəsinin Muğam Yaradıcılıq Mərkəzində konsert proqramıyla çıxış edəcək. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!