“Türk Dövlətləri Təşkilatına normal yanaşırıq” - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Türk Dövlətləri Təşkilatına normal yanaşırıq” - Lavrov

Siyasət

01 Dekabr 2021 15:14 680


“Soydaşlarla əlaqənin dəstəklənməsində heç bir yanlış görmürəm. Bizim də bu cür arealımız var. Biz də soydaşlarımızla, həmvətənlərimizlə əlaqələri dəstəkləyirik. Biz də dünya xəritəsini boyayıb ona fərqli ton verə bilərik”.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında “hökumət saatı”nda senatorların suallarını cavablandırarkən bildirib.

Rusiya XİN başçısı yeni yaradılan Türk Dövlətləri Təşkilatından da danışıb: Dominos pizza

“Əvvəl bu təşkilat Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanırdı, indi Türk Dövlətləri Təşkilatı adlanır. Biz buna normal yanaşırıq. Hesab edirik ki, əgər kulturoloji proseslərdən, dil ənənələrinin dəstəklənməsindən, humanitar və təhsil mübadiləsindən söhbət gedirsə, burada qəribə heç nə görmürəm. Biz özümüz bununla daha aktiv məşğul olmalıyıq. Lakin burada əməkdaşlığın hərbi aspektləri tətbiq olunsa, əlbəttə ki, bu, işin xeyrinə olmayacaq. Düşünmürəm ki, bu, nə Türkiyənin, nə də onun yeni yaradılan Türk Dövlətləri Şurası təşkilatından olan tərəfdaşlarının marağında olsun. Onu da deyim ki, prezidentlər telefonla danışacaq, mən isə türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə sabah Stokholmda ATƏT sammiti çərçivəsində görüşəcəyəm. Biz bu məsələni açıq şəkildə müzakirə edəcəyik. Mən burada yanlış bir şey görmürəm”. (apa)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!