Türk iş adamı DTX-yə yazdı: Vasif Talıbov nələr edib?

Türk iş adamı DTX-yə yazdı: Vasif Talıbov nələr edib?

Kriminal

05 Dekabr 2022 07:44 37505


Türkiyəli iş adamı Əli Sərdar Oba (Ali Serdar Oba) Türkiyənin Naxçıvandakı konsulluğu vasitəsilə DTX-ya şikayət məktubu göndərib.

“Yeni Sabah” bildirir ki, bu barədə əslən Naxçıvandan olan ekspert Heydər Oğuz məlumat paylaşıb.

Məktubda bildirilir ki, 2007-ci ildən “Oba Qrup” MMC adı ilə fəaliyyət göstərən şirkət istehsal, ticarət, turizm sahələrində xidmət edib:

“Ancaq 2015-ci ildə bütün mal varlığımız və yatırımlarımız Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun təlimatı ilə əlimizdən alınıb.

Əlimizdən alınanlar:

1. Ordubad, Parağaçay mədən ocağı. 5 ildə 2 min metr dərinlikdə çalışdıq. Xərcim 2.048.000 dollar;

2. Sərur, Gümüşlüdə Arpacay balıqçılıq. İldə 1000 ton civarında balıq ciftliyi qurdum. Əlimizdən aldılar. Xərcim: 413 min dollar

3. Metro-turizm ilə 2015-20-ci illər üçün 5 illik sistem qurdum. Əlimizdən zorla aldılar. Məsrəf – 105 min dollar.

4. Plastik tullantıların istehsalı müəssisəsi. Əlimizdən alındı. Məhkəmə yolu ilə avadanlıqlarımızı geri aldıq, ancaq fakrikdə istehsal olunmuş 91.600 dollar dəyərində malımızı qəsb edib, satdıqları üçün pulumuzu ala bilmədik. Sərmayəmizi almadığımız və deport olduğum səbəbindən 6 ildir avadanlığımızı işlədə bilmirik. Bu üzdən zərərim 300 min dollar.

5. Haqqımı tələb etdiyim üçün müxtəlif bəhanələrlə 5 illik deport edildim, ailəmdən, uşaqlarımdan ayrılmağa məcbur oldum.

6. Bunun nəticəsində ailəm dağıldı, 3 övladım atasız qaldı.

7. Vasif Talıbovdan şikayətçi olduğum üçün məhkəmələrdə mənə düşmən münasibəti göstərdilər. Məhkəməyə məni dustaq maşınında aparıb-gətirdilər. Şəxsiyyətimi alçaltmaq üçün hər iş gördülər.

8. Vasif Talibovun cinayətlərini məhkəmədə sübut etdiyim üçün 18.03.2020-ci il tarixində Naxçıvan Polis İdarəsidə polis rəisi Mirzə Cəlilovun rəhbərliyi ilə məni öldürmək istədilər.

Naxçıvandakı dövlət qurumlarına güvənim yoxdur. Buna görə də Bakıdan gələn DTX əməkdaşlarına konsulluğumuz vasitəsilə müraciət edərək, 3 milyon dollar xərclədiyimi bildirirəm. Əgər haqlarım əlimdən alınmasaydı, ən azı 10 milyon dollar qazanacaqdım. Bu 15 ildə bütün qurduğum iş yerləri Vasif Talıbovun göstərişi ilə əlimdən alınıb.

İddialarımı sübut edəcək bütün sənədlərim vardır.

Vasif Talıbovun mənə verdiyi zərərlərin araşdırılmasını və mənə verilən ziyanın ödənməsi üçün lazım olan işərin görülməsini rica edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!