Türk tarixini dəyişə biləcək daha bir kəşf Qazaxıstanda aşkar edilib.
“Yeni Sabah” xəbər verir ki, bu haqda Prof. Dr. Zaynolla Samaşev məlumat verib.
Məlumata görə, 2021-ci ildən bəri aparılan qazıntılar zamanı Qərbi Göktürk dövrünə aid yeni əsərlər tapılıb. Eleke Sazı Kağan kompleksindəki kurqan sahəsindən Göktürk soyuna mənsub olan və Suyabda türk kağanı adından On-Ok vilayətini idarə etmək təyin edilmiş Tiginin şəxsi əşyaları kəşf edilib. Marqarita pizza
Bu əşyalar arasında tarixdə ilk dəfə olaraq Göktürk xaqanının təsviri tapılıb. Kompleksin quruluş və formaca oxşarlığı onun II Göktürk Dövləti dövründə tikilmiş ola biləcəyini göstərir.
Aytac Şahin
Telegram kanalımız