Ötən gün Türkiyədə keçirilən parlament seçkiləri Türkeş ailəsi üçün uğurlu olub.
Yenisabah.az xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) mərhum lideri Alparslan Türkeşin oğlu Tuğrul Türkeş və qızı Ayyüce Türkeş də deputat seçilib.
T.Türkeş Ankaradan, A.Türkeş isə Adanadan deputat mandatı qazanmağa müvəffəq olub. pizza
Qeyd edək ki, T.Türkeş hakim AKP-dən, bacısı A.Türkeş isə İYİ Partiyasından Türkiyə Böyük Millət Məclisinə deputat seçilib.
Rafi Müslümov
Telegram kanalımız