Fransa Senatının Qarabağa dair qərəzli qətnamə qəbul etməsi Azərbaycan cəmiyyətdə etirazla qarşılanıb. ATƏT-in Minsk qrupunun həmsədr dövlətində hansı məqsədlər naminə belə bir addımın atılması ciddi suallar doğurub.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Fikrət Sadıxov qeyd edib ki, Azərbaycanın qələbəsi, həmçinin Türkiyə ilə bir yerdə olması bir çox Fransa senatorunu qıcıqlandırır:
“Türkiyə-Azərbaycan alyansı Fransanı çox qorxudur. Amma eyni zamanda digər reallıq ondan ibarətdir ki, qəbul olunan qətnamə qanun deyil. O, qanun olsaydı, başqa bir müzakirə mövzusu olardı. Amma bu qətnamə tövsiyə xarakteri daşıyır. Demək olar ki, onun heç bir hüquqi əsası yoxdur. Fransa rəsmiləri onu qəbul etməkdən imtina etdi. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, belə bir qətnamənin qəbul olunmasının Fransa maraqlarına cavab vermədiyini bəyan etdilər”. Dominos pizza
Politoloq vurğulayıb ki, Fransanın Dağlıq Qarabağı bir ölkə kimi tanımağa cəhd etməsi bizi təəccübləndirməməlidir:
“Biz buna hazır olmalıydıq, çünki Fransa Ermənistan-Azərbaycan münaqişəsilə bağlı həmişə açıq şəkildə Ermənistanı dəstəkləyib. Fransanın müəyyən dairələri, bəzi mədəniyyət xadimləri, siyasətçilər erməni dairələri ilə çox sıx bağlıdır. Bu proses uzun illərdir ki, davam edir, Fransa öz ənənəsinə sadiq qalaraq yenə ermənipərəstliyini nümayiş etdirir. Onlar bununla Azərbaycanı qıcıqlandırmaq, Türkiyənin adını hallandırmaq istəyirlər”.
Həmsöhbətimiz hesab edir ki, bu, ümumilikdə Azərbaycan, Türkiyə və Rusiyaya qarşı qəbul olunan bir qətnamədir:
“Fransanın müəyyən dairələri çox narahatdır ki, artıq Türkiyə ilə Rusiya bir araya gəlib və Cənubi Qafqazda öz mövqelərini dərk edib. Hər iki ölkənin mövqeyi kifayət qədər qabarıq şəkildə gözə çarpır. Fransa isə demək olar ki “offside” vəziyyətinə düşüb. Yəni Fransanın burada heç bir rolu olmadan, mövqeyi nəzərə alınmadan bu iki regional dövlət faktiki olaraq məsələni həll edə biliblər. Bu, əlbəttə ki, Fransanı qıcıqlandırmaya bilməzdi. Çünki Fransa Minsk qrupunun həmsədridir. Amma eyni zamanda Fransanın həmsədr dövlət olması da bizi qıcıqlandırır, qane etmir. Çünki onların subyektiv və qərəzli mövqeyi Azərbaycanın maraqlarına heç vaxt cavab verməyib”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız