İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin bacısı Rasmiya Avadı Suriyanın Azez şəhəri yaxınlığında saxlanılıb.
"Yeni Sabah" "NTV"yə istinadən bildirir ki, 65 yaşlı Rasmiya Avad həyat yoldaşı, gəlini və 5 uşağı ilə birlikdə yaşadığı konteynerdə Türkiyə hərbçiləri tərəfindən tutulub.
Bildirilir ki, onun İŞİD haqqında bildikləri daha çox terrorçunun tutulmasına yardım edəcək. Pepperoni pizza
Xatırladaq ki, İŞİD-in qurucusu Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
Telegram kanalımız