Türkiyə bəyan etdi – Zəngəzur dəhlizi açılır

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə bəyan etdi – Zəngəzur dəhlizi açılır

Siyasət

18 May 2024 19:48 3389


Zəngəzur dəhlizi 2028-2029-cu illərdə istismara verilə bilər.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin Qars şəhərini Naxçıvan Muxtar Respublikasına həmsərhəd İğdır şəhəri ilə birləşdirəcək dəmir yolunun tikinti işlərinə bu ilin sonunda başlanacaq. Toyuqlu pizza

Həmçinin nazir qeyd edib ki, Naxçıvanla Zəngilan rayonu arasında dəmir yolu xəttinin tikintisi də bir neçə il çəkə bilər.

“Zəngəzur dəhlizinin açılması nəticəsində Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün yeni mühüm alternativ yaranacaq”, - Uraloğlu qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!