Türkiyə “F-35”lərə görə 9 milyard dollar zərər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə “F-35”lərə görə 9 milyard dollar zərər edəcək

Dünya

18 İyul 2019 08:51 985


Türkiyənin F-35 təyyarələrinin istehsalı proqramından çıxarılması ilə əlaqədar maliyyə itkisi 9 milyard dollar olacaq.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların müdafiə nazirinin müavini Ellen Lord açıqlama verib.

Onun dediyinə görə, Ankara iş yerlərini və müəyyən gəlirli sazişləri itirəcək.

Pentaqon rəsmisi bildirib ki, Türkiyə F-35 üçün 900-dən çox detal istehsal etməli idi, indi isə bununla ABŞ və digər ölkələr məşğul olacaq. 

E.Lord Türkiyənin F-35 proqramına maliyyə yatırımlarının geri qaytarılacağı haqqında danışıqların aparıldığını da açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!