Türkiyə Fəhlə Partiyasından ikinci tur AÇIQLAMASI

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Fəhlə Partiyasından ikinci tur AÇIQLAMASI

Siyasət

16 May 2023 11:00 839


Türkiyə Fəhlə Partiyası (TİP) prezident seçkilərinin ikinci turunda yenidən "Millət İttifaqı"nın vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyəcək. 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu TİP-in sədri Erkan Baş açıqlayıb.

"TİP ve 1 milyon seçicisi (parlament seçkilərində partiya 1 milyona qədər səs toplayıb - red.) an etibarilə cənab Kılıçdaroğlunun qazanması üçün qərarlı şəkildə çalışmaya başlayır", - o bildirib. pizza sifarişi

Qeyd edək ki, Türkiyədəki seçkilərdə heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün prezident seçkiləri ikinci tura qalıb.

Xatırladaq ki, "Əmək və Azadlıq İttifaqı"na daxil olan Türkiyə Fəhlə Partiyası ilk turda da Kılıçdaroğlunun namizədliyini dəstəkləmişdi. Belə ki, bu ittifaq parlament seçkilərinə iki proporsional siyahı ilə (TİP-in müstəqil siyahısı, digər bütün siyasi qüvvələrin birgə YSP siyahısı) qatılsa da, prezidentliyə namizəd çıxarmamışdı. Daha sonra ittifaq "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyəcəklərini rəsmi şəkildə elan etmişdi. 

TİP parlament seçkilərində 1 milyona yaxın səs alaraq 4 namizədini parlamentə daşıyıb. Bunlar İstanbuldan seçilən partiyanın sədri Erkan Baş, Ahmet Şık, Sera Kadıgil və Hataydan seçilən, hazırda həbsdə olan hüquq müdafiəçisi Can Atalaydır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!