Türkiyə klubu Avropa rekorduna imza atdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə klubu Avropa rekorduna imza atdı

İdman

02 Aprel 2025 17:22 303


Türkiyənin “Trabzonspor” klubu Avropa rekorduna imza atıb.

Yenisabah.az xəbər verir ki, qaradənizlilər UEFA Gənclər Liqasında ən çox azarkeş toplayan komanda olublar.

“Trabzonspor”un U-19 komandası 1/4 finalın ilk oyununda Milan “İnter”i ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Pepperoni pizza

Oyunda 41 min tamaşaçı tutan “Papara Park” arena tam dolub.  Bu, Gənclər Liqası üçün ən yüksək göstəricidir.

Əvvəlki rekord “Krasnodar”a məxsus idi. Rusiya təmsilçisinin 2017/18 mövsümünün “Real”la matçında 32 min 510 azarkeş qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!