Türkiyə klubunun nümayəndələri Mahir Emreli üçün Bakıya gəldilər

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə klubunun nümayəndələri Mahir Emreli üçün Bakıya gəldilər

İdman

11 Sentyabr 2019 08:58 1411


Türkiyənin “Trabzonspor” klubunun skautları Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Xorvatiya ilə matçını (1:1) izləmək üçün Bakıya gəliblər.

“Yeni Sabah” “Fotospor”a istinadən xəbər verir ki, “Qarabağ”ın və millinin hücumçusu Mahir Emrelini yaxından görmək üçün paytaxtımızda olan nümayəndələr onun oyununu bəyəniblər. Baş məşqçi Ünal Karamanın təlimatı əsasında “bordo-mavilər” gələcəyə yatırım məqsədi ilə futbolçu axtarırlar.

Qeyd edək ki, Türkiyə mətbuatı 1 ay öncə Mahir Emrelinin “Trabzonspor”un hədəfində olduğu yazılmışdı. Bu xəbərə münasibət bildirərkən xaricdə oynamağın onun karyerasında irəliləyiş ola biləcəyini deyən M. Emreli isə belə qərar gələrsə, əvvəlcə baş məşqçisi Qurban Qurbanovla məsləhətləşəcəyini bildirmişdi. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!