Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olundu

Siyasət

29 Noyabr 2023 21:59 621


Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası baş tutub.

Dövlət başçısının Beştəpədəki iqamətgahında keçirilən görüş 2,5 saat davam edib.

Görüşdə Qəzzadakı vəziyyət, Türkiyənin bölgədə sülhü təmin etmək üçün göstərdiyi səylər müzakirə edilib. Fələstinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı məsələlərə baxılıb. Sezar pizza

İclasda Qafqazda baş verən hadisələr də gündəmdə olub. Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət dəyərləndirilib.

Həmçinin Türkiyənin ölkə daxilində və sərhəddən kənarda qətiyyətlə həyata keçirdiyi terrorla mübarizə əməliyyatları da hərtərəfli dəyərləndirilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!