Türkiyə NATO-nun təlimindən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə NATO-nun təlimindən imtina etdi

Dünya

01 May 2022 10:05 791


Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri 9-20 may tarixlərində Yunanıstanda keçirilməsi planlaşdırılan NATO-nun "Tiger Meet" təlimlərində iştirakdan imtina ediblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyə tərəfinin bu addım atmasına səbəb Yunan tərəfinin iki ölkə arasında olan problemlər üzrə spekulyasiya etmək üçün təlimlərin ssenarisinə texniki əlavələr daxil etməsi olub. pizza sifarişi

Ankara Afinanın hərəkətlərini qəbuledilməz olduğunu bəyan edib və bunun beynəlxalq hüquqa zidd adlandırıb. Türkiyə tərəfinin təlimlərin ssenarisinə əlavələrin ləğvi ilə bağlı təkidli tələbi rədd cavabı alıb. Buna cavab olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri aprelin 22-də Afinaya rəsmi olaraq "Tiger Meet"də iştirakdan imtina etdiklərini bildiriblər.\Teleqraf.com  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!