“Türkiyə ordusunun təcrübəsindən istifadə edirik” – Zakir Həsənov

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə ordusunun təcrübəsindən istifadə edirik” – Zakir Həsənov

Siyasət

18 İyun 2019 08:25 877


2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi.

“Yeni Sabah” xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Z.Həsənov bildirib ki, ermənilər əlacsız vəziyyətdə qalaraq hətta qocaları səfərbər edib cəbhəyə göndərdilər, ancaq onlar da gəlib çıxa bilmədilər. Pepperoni pizza

Nazir qeyd edib ki, Azərbaycan Ordusunda həyata keçirilən islahatlar uğurla davam edir:

“Bütün əsas istiqamətlərdə ordu inkişaf edir. Bunu beynəlxalq qurumlar da təsdiq edir. İslahatların əsas istiqaməti ordunu yeni müasir silah-texnika ilə təmin etmək, döyüş qabiliyyətini yüksəltmək, infrastrukturu inkişaf etdirmək və s-dir. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk. Müasir təlim mərkəzlərimiz var. Bizim təlimlərimiz müasir, döyüş vəziyyətinə maksimal yaxın vəziyyətdə keçirilir. Günü-gündən təlimlərə daha böyük hissə və birləşmələri cəlb edirik”.

Nazir əlavə edib ki, ordunun döyüş qabiliyyətinin, təcrübəsinin artırılmasında Türk silahlı qüvvələrinin rolu böyükdür: 

“Biz Türkiyə ordusunun təcrübəsindən istifadə edirik. Bizdə Türkiyə Silahlı qüvvələri ilə birgə təlimlər keçirilib. Əgər 2018-ci ildə biz birgə 8 təlim keçirmişdiksə, 2019-cu ildə bu təlimlərin sayı 13-ə çatdırılacaq”. 

Nazir əlavə edib ki, sosial baxımdan cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən orduya böyük diqqət ayrılır. Bizim ordunun zabitləri əksəriyyəti daim ön xətdədir. Onların ailələri yaxın kəndlərdə kirayədə qalırlar. Biz cənab prezidentə müraciıt etdik, cənab Prezident buna reaksiya verdi və zabitlər üçün verilən kirayə pulları artırıldı. Bu qərar orduda yüksək qiymətləndirildi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!