Türkiyə parlamentində yeni ədliyyə nazirinə görə dava düşdü

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə parlamentində yeni ədliyyə nazirinə görə dava düşdü

Dünya

11 Fevral 2026 17:46 522


Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyənin ədliyyə naziri vəzfəsinə təyin olunan Akın Gürlekin parlamentdə andiçmə mərasimində gərgin anlar yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, əsas müxalifər partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi olan deputatlarla hakim AKP-li deputatlar yumruq davasına çıxıb.

CHP-ni təmsil edən deputat Murat Emir Akın Gürlekin hələ də baş prokuror vəzifəsini davam etdirdiyini, siyasi məqsədlərlə, xüsusən də Əkrəm İmamoğlu daxil olmaqla, bir çox siyasi səbəbli iddianamələr hazırladığını və həbs qərarları verdiyini bildirib. Dördpendirli pizza

Buna görə o, belə bir şəxsin ədliyyə naziri vəzifəsinə təyin edilməsini və and içməsinin doğru olmadığını bəyan edib.

Yaranan mübahisə səbəbindən iclasa fasilə verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!