Türkiyə Prezidenti İlham Əliyevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Prezidenti İlham Əliyevə zəng etdi

Siyasət

24 Dekabr 2025 16:00 804


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.

“Yeni Sabah” “Hürriyyet”ə istinadən xəbər verir ki, söhbət zamanı Ərdoğan Türkiyə və Azərbaycan münasibətləri, ticarət də daxil olmaqla, bütün sahələrdə əməkdaşlığı gücləndirərək ortaq məqsədlərə nail olmaq üçün işlərin davam etdirildiyini bildirib.

Türkiyə lideri Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin irəliləməsindən məmnunluğunu bildirib və prosesi dəstəklədiklərini vurğulayıb. pizza mizza

Telefon danışığı zamanı R.T.Ərdoğan Prezident İlham Əliyevə doğum günü və Yeni ili münasibətilə təbriklərini çatdırıb.

***

 Azərbaycan Prezidentinin Mətbuat xidməti də telefon danışığı barədə məlumat yayıb. Məlumatda deyilir: 

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Türkiyə Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb.

Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar” .


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!