Türkiyə səfiri: “İkinci “Qızıl alma” Azərbaycan səmasında uçacaq”

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə səfiri: “İkinci “Qızıl alma” Azərbaycan səmasında uçacaq”

Maraqlı

05 Dekabr 2023 17:14 761


İkinci “Qızıl alma” Azərbaycan səmasında uçacaq”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Cahit Bağçı “Aselsan” şirkətinin Azərbaycanda “Nəqliyyat vasitələrinin aşkarlanması və yüksək sürətli çəki ölçmə sistemi layihəsi”nin Əsas İdarəetmə Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə yol mühəndəsliyi ilə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır: “Bizdə "Bayraktar" var. O bu gün Azərbaycan səmasında Azərbaycanın təhlükəsizliyi üçün uçur. Bizdə “Qızıl alma” var. “Qızıl alma”nın ikincisi Azərbaycan səmasında uçacaq. Türkiyə “Şuşa Bəyannaməsi” əsasında Azərbaycanla əməkdaşlığı genişləndirir”. Marqarita pizza

Səfir söyləyib ki, Türkiyə müxtəlif sahələrdə Azərbaycanın inkişafına töhfə verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!